
Huawei gələn il P70 flaqman smartfon seriyasını təqdim edəcək
Huawei şirkəti öz flaqman smartfonlarını satışa çıxartmağa davam edəcək. Ortaya çıxmış yeni məlumata əsasən şirkət gələn il Huawei P70 smartfon seriyasını təqdim edəcək. Bu barədə məlumat birbaşa ekranlara inteqrasiya edilən barmaq izi skanı texnologiyalarını hazırlayan şirkətlər tərəfindən verilib. Huawei şirkətinin gələn ilki flaqman smartfonları üçün sözügedən texnologiyanı Goodix, GigaDevice və Weir adlı şirkətlər istehsal edəcəklər.
Bununla belə Huawei P70 smartfon seriyasının modellərinin hansı prosessor vasitəsilə çalışacaqları məlum deyil. Bu mövzuda 3 variant ola bilər. Kirin 9000s, Kirin 9000s-in davamçısı və ya Qualcomm/MediaTek prosessoru.Qeyd etmək lazımdır ki, Huawei P60 smartfonları Snapdragon 8+ Gen 1 prosessorunun 4G versiyası vasitəsilə çalışırlar.
Paylaş