
Huawei gələn il üçün 100 milyon ədəd smartfon satmağı planlaşdırır
Cihazlar+
01.11.2023
Emil
Huawei şirkətinin sentyabr ayının sonunda təqdim etmiş olduğu Mate 60 smartfonları alıcılar tərəfindən çox yaxşı qarşılandı. Çin bazarında sözügedən smartfonların satışları hətta iPhone 15 smartfonlarının satışlarını belə geridə qoydu. Nəticədə şirkət yerli bazarda smartfon satışları mövzusunda aşağı yerlərdən 6-cı pilləyə yüksələ bildi. Bu cür nailiyyətlərdən həvəslənmiş Huawei gələn il üçün böyük planlar qurur.
Belə ki, The Elec saytının vermiş olduğu məlumata əsasən Huawei gələn il üçün ümumilikdə 100 milyon ədəd smartfon satmağı hədəfləyib. Qeyd etmək lazımdır ki, bu, şirkətin 2020-ci ildə satmış olduğu smartfonların ümumi sayının yarısına bərabərdir. Həmin ildə Huawei smartfon satışları mövzusunda dünya liderlərindən birinə çevrilmişdi. Şirkət bu ilin sonuna kimi ümumilikdə 40-50 milyon ədəd smartfon satmağı planlaşdırır.
Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
