
Huawei ikiqat qatlanma mexanizminə sahib smartfon üzərində çalışır
Qatlana bilən smartfonlar bazarı aktiv şəkildə genişlənməyə davam edir. Bu bazarın artıq Samsung, Honor, Huawei, Xiaomi və OPPO kimi iştirakçıları var. Lakin insayderlərin sözlərinə əsasən 2024-cü ildə ən çox gözlənən smartfonlar bazarı ikiqat qatlana bilən smartfonlar bazarı olacaq. Söhbət, iki tərəfdən qatlanma mexanizminə sahib smartfonlardan gedir. İnsayderlərin fikirlərinə əsasən bu cür qatlana bilən smartfonlar dizayn və texniki həllərin kreativliyi kimi mövzularda adi qatlana bilən smartfonlardan öndə olacaqlar. Bununla yanaşı insayderlərin sözlərinə əsasən Huawei şirkəti ikiqat qatlana bilən smartfonu üzərində artıq çalışır və o, gələn il təqdim olunmalıdır.
Paylaş