Logo
    main-post-cover

    Huawei ildə 2 flaqman smartfon seriyasının təqdim olunması ənənəsinə geri qayıdacaq

    Cihazlar+
    20.04.2023
        Huawei şirkəti il ərzində iki flaqman smartfon seriyasının təqdim olunması ənənəsinə geri qayıtmağı planlaşdırır. Yeni məlumata əsasən bu münasibətlə şirkət bu ilin ikinci yarısında Mate 60 smartfon seriyasını təqdim edəcək. Qeyd etmək lazımdır ki, ABŞ hökuməti Huawei-yə qarşı sərt sanksiyalar tətbiq edəndən sonra şirkət il ərzində iki flaqman smartfon seriyasının təqdim olunması tempini əvvəlki kimi davam etdirə bilmədi.
        Keçən ilin payız fəslində şirkət Mate 50, bir neçə müddət bundan öncə isə P60 smartfon seriyasını təqdim etdi. Lakin verilmiş məlumata əsasən Huawei bu ilin payız fəslində həmçinin Mate 60 smartfon seriyasını təqdim edəcək. Gözləntilərə əsasən Mate 60 smartfon seriyasına daxil olacaq modellər Snapdragon 8 Gen 2 prosessorunun 4G versiyası vasitəsilə çalışacaqlar. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə təqdim edilmiş P60 smartfon seriyasının modelləri Snapdragon 8+ Gen 1 prosessorunun 4G versiyası vasitəsilə çalışırlar.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Huawei ildə 2 flaqman smartfon seriyasının təqdim olunması ənənəsinə geri qayıdacaq | Technote