Logo
    main-post-cover

    Huawei ilə rəqabət səbəbilə Çində iPhone satışları aşağı düşüb

    Cihazlar+
    07.03.2024
    Emil
         Counterpoint şirkətinin aparmış olduğu yeni tədqiqata əsasən Apple şirkəti Çin bazarında bu ilin ilk 6 həftəsi ərzində iPhone satışlarının 24%-ni itirib. Buna səbəb isə Çin bazarında yerli şirkətlər tərəfindən olan yüksək rəqabətdir. Məlumata əsasən ən böyük rəqabəti isə Huawei sərgiləyir. Counterpoint şirkəti bildirib ki, bu ilin ilk 6 həftəsi ərzində Çində Huawei şirkətinin flaqman smartfonlar üzrə satışları 64% yüksəlib. Bu isə öz növbəsində Apple üçün bəzi problemlərə səbəb olur.
         Məsələn şirkətin səhmlərinin ümumi dəyəri son zamanlarda aşağı düşməyə başlayıb. Müvafiq olaraq şirkətin bazar dəyəri də aşağı düşür. Nəticədə Apple dünyanın ən bahalı ikinci şirkəti statusunu da itirə bilər. Məlumata əsasən Apple şirkətinin Çindəki smartfonlar bazarı üzrə pay göstəricisi 15.7%-ə kimi düşüb. Hal-hazırda şirkət Çin bazarında 4-cü yerdə qərarlaşır. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilin əvvəlində şirkət Çin bazarında ikinci yeri tuturdu.
    Paylaş