Logo
    main-post-cover

    Huawei ilin sonuna kimi Mate 60-dan əlavə bir neçə flaqman smartfonunu təqdim edəcək

    Cihazlar+
    14.08.2023
    Emil
        İnsayderlərin vermiş olduqları yeni məlumatlara əsasən Huawei şirkəti ilin sonuna kimi təkcə Mate 60 smartfon seriyasının təqdimatı ilə yetinməyəcək. Məlumata əsasən şirkət Daha bir neçə flaqman smartfonunu təqdim edəcək. İnsayderlərin sözlərinə əsasən şirkət yeni flaqman smartfonlarını iki mərhələdə təqdim edəcək. Artıq məlumdur ki, şirkət yaxın zamanda Mate 60 smartfon seriyasını təqdim edəcək. Yeni məlumatda qeyd edilib ki, Mate 60 smartfon seriyasının təqdimatı zamanı şirkət həmçinin Mate X3 Pro adlı yeni qatlana bilən smartfonunu da təqdim edə bilər.
        İlin sonunda isə nova 12 smartfon seriyası ilə nova Pocket smartfonunun təqdimatı gözlənilir. Nova Pocket-ə gəldikdə, adından da bəlli olduğu sözügedən smartfon qatlana bilən qapaqlı smartfon olacaq. Qeyd etmək lazımdır ki, daha öncə Pocket modeli Huawei P seriyasını əhatə edirdi. Lakin görünür, şirkət onu həmçinin nova smartfon seriyasına da daşıyacaq. Sözügedən smartfonların yeni Kirin prosessorlarını əldə edəcəkləri istisna edilmir.
    Paylaş
    Bənzər xəbərlər