
Huawei ilk gaming noutbukunu sərgiləyib
Cihazlar+
29.07.2024
Emil
ChinaJoy 2024 sərgisi çərçivəsində Huawei şirkəti GT loqosuna sahib yeni noutbukunu sərgiləyib. Noutbukun GT loqosuna sahib olması onun gaming noutbuk olmasına işarə edir. Noutbukun qapağının arxa hissəsində işıqlanan Huawei yazısı mövcuddur. Üstəlik noutbukun arxasında effektiv soyutma üçün nəzərdə tutulmuş ventilyasiya qəfəsi var. Çinin kütləvi informasiya vasitələrinin vermiş olduqları məlumata əsasən Huawei şirkətinin bu yeni noutbuku Intel Core Ultra prosessorunu və 140 vatt gücündə şarj texnologiyasının dəstəyini əldə edə bilər. Huawei şirkətinin portfoliosuna indiyənə kimi gaming noutbuk daxil olmayıb. Lakin şirkətin GT loqosuna sahib noutbuku sərgiləməsi onun gaming noutbuklar bazarına daxil olmaq istəməsini əks etdirə bilər. Gözləntilərə əsasən bu yeni noutbuk Huawei MateBook GT adlanacaq. Onun nə zaman təqdim olunacağı bilinməsə də bu, payız fəslində baş tuta bilər.



Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
