main-post-cover

    Huawei Mate 40 flaqman smartfon seriyasının təqdimat tarixi barəsində məlumat verilib

    Cihazlar+
    30.09.2020
    Farid Pardashunas
        Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Huawei şirkəti Mate 40 flaqman smartfon seriyasını oktyabr ayında təqdim edəcək. İndi isə ortaya çıxmış yeni məlumat sızıntısında təqdimat tədbirini dəqiq keçirilmə tarixi əks olunub. Bu barədə Gagadget saytı xəbər verib. Teme ləqəbli insayderin sözlərinə əsasən Huawei şirkəti öz yeni flaqman smartfon seriyasını 22 oktyabr tarixində təqdim edəcək.
        Əgər bu məlumat həqiqətə uyğundursa, deməli yaxın bir neçə gün ərzində şirkət təqdimat tədbiri ilə bağlı rəsmi xəbər verəcək. Təqdimat tədbirində Huawei Mate 40, Mate 40 Pro Mate 40 Pro+ smartfon modellərinin təqdim olunacaqları gözlənilir. Bu yeni smartfonlar Kirin 9000 prosessoru vasitəsilə çalışacaqlar. Bununla yanaşı Mate 40 seriyasının yüksək təsvir yenilənməsinə sahib AMOLED ekranlar, təkmilləşdirilmiş kameralar və 4500-5000 mAh enerji tutumlu batareyalar ilə təchiz olunacağı gözlənilir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər