Huawei Mate 40-ın texniki özəllikləri sızdırılıb

Huawei Mate 40-ın texniki özəllikləri sızdırılıb

Mobil Cihazlar
10.08.2020 PAYLAŞIM

    Huawei Mate 40 seriyasının təqdimatının yaxınlaşması ilə internetdə onun barəsində daha çox məlumat ortaya çıxmağa davam edir. Bir neçə müddət bundan öncə smartfonun keyfiyyətli render fotoları təqdim olunmuşdu. İndi isə adi Mate 40 modelinin texniki özəllikləri barəsində məlumat verilib. Bu barədə Gizchina saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən Mate 40 modeli Kirin 900 prosessoruna sahib olacaq.

    Daha əvvəl güman olunurdu ki, bu prosessor Kirin 1000 adını əldə edəcək. Bununla yanaşı smartfon 8/12 GB RAM və 128/256/512 GB daxili yaddaş həcmi ilə təchiz olunmalıdır. İnsayderlər Mate 40-ın sahib olacağı kameraların göstəriciləri barəsində məlumat verməyiblər. Onlar yalnız qeyd ediblər ki, Mate 40 modeli üçlü arxa kameraya və ikili ön kameraya sahib olacaq. Mate 40 Pro modeli ilə dördlü arxa kamera ilə təchiz olunmalıdır.


    Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə Huawei rəsmi olaraq bildirmişdi ki, o, Kirin prosessorlarının istehsalatını dayandıracaq. Bütün məsələ ABŞ sanksiyalarındadır. Beləliklə Mate 40 smartfon seriyası Kirin prosessoru ilə təchiz olunacaq son smartfon seriyası ola bilər. Bu halda şirkətin smartfonlarının MediaTek prosessorlarına keçid edəcəkləri güman olunur. Mate 40 seriyasının gələn ay təqdim olunacağı gözlənilir. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google şirkəti Pixel 5 və Pixel 4a 5G smartfonlarını təqdim edib - QİYMƏTİ..

Google şirkəti dünən gecə Pixel 5 və Pixel 4a 5G smartfonlarını təqdim edib. Pixel 5 modeli Qualcomm..


Xiaomi şirkəti Mi 10T, Mi 10T Pro və Mi 10T Lite smartfonlarını təqdim edib - Qİ..

Baş tutmuş online təqdimat çərçivəsində Xiaomi şirkti yeni Mi 10T smartfon seriyasını təqdim edib. ..


Huawei Mate 40 flaqman smartfon seriyasının təqdimat tarixi barəsində məlumat ve..

Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Huawei şirkəti Mate 40 flaqman smartfon..


Rəsmi: Bu il OnePlus 8T seriyasında Pro model olmayacaq

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, OnePlus şirkəti bu il OnePlus 8T seriyasının..


İnsayderlər: Bu ilki iPhone 12 seriyasında yalnız bir ədəd flaqman smartfon olac..

Gələn ay Apple şirkəti 4 yeni iPhone 12 modeli təqdim etməlidir. İnsayderlərin verdikləri yeni məlum..


Analitiklər smartfonların orta qiymətlərində artımdan xəbər veriblər: Bunun səbə..

Hələ 3 il bundan öncə 999$ qiymətində iPhone X təqdim olunan zaman hamı Apple şirkətini dəli adlandı..

×