main-post-cover

    Huawei Mate 40 seriyası müxtəlif regionlarda müxtəif prosessorlar ilə satışa çıxa bilər

    Cihazlar+
    19.07.2020
    Farid Pardashunas
        Samsung artıq uzun müddətdir ki, öz flaqman smartfonlarının bir neçə versiyasını satışa çıxardır. Onların bir hissəsi Exynos prosessorları, bir hissəsi isə Snapdragon prosessorları ilə təchiz olunurlar. Yaxın zamanda bu cür yolla Huawei şirkəti də gedə bilər. Bu barədə Phonearena saytı xəbər verib. Bu məsələnin əsas səbəbi isə ABŞ sanksiyalarıdır. Belə ki, həmin sanksiyalar səbəbilə ABŞ texnologiyalarından istifadə edən yerli və xarici şirkətlər xüsusi icazə lisenziyası olmadan Huawei ilə əməkdaşlıq edə bilməzlər.
        Bu il təqdim olunacaq Huawei Mate 40 flaqman seriyasında Kirin 1020 prosessorundan istifadə ediləcək. Bu prosessorun istehsalı ilə isə Tayvanın TSMC şirkəti məşğul olur. ABŞ sanksiyaları səbəbilə 15 may tarixindən etibarən TSMC şirkəti Huawei-dən olmuş yeni sifarişləri ləğv edib. Hal hazırda istehsal olunan prosessorlar isə sanksiyalardan əvvəl qəbul edilmiş sifariş üzrə hazırlanır. Məlumata əsasən sanksiyaların qəbul edilməsinə kimi Huawei 8 milyon Kirin 1020 prosessoru sifariş edə bilib. Proqnozlara əsasən isə Mate 40 seriyasının satışları 10 milyonu keçəcək. Sual yaranır ki, yerdə qalan prosessorları hardan əldə etmək olar? Variant azdır.
        TSMC-dan əlavə Samsung, MediaTek Qualcomm şirkətləri var. Qeyd etmək lazımdır ki, Qualcomm şirkəti Huawei ilə əməkdaşlıq etmək üçün icazə lisenziyasının alınması yolunda sorğunu göndərməyə hazırlaşır. Hətta əgər lisenziya verilsə də Snapdragon prosessorları çox güman ki, yalnız gələn il Mate 50P50 seriyalarına quraşdırıla biləcək. Samsung və MediaTek arasındakı seçimdə Huawei çox güman ki, məhz MediaTek-i seçəcək. Məlumata əsasən Kirin prosessorları Mate 40 smartfonları yalnız Çində satılacaqlar. Qlobal bazarda isə Mate 40 smartfonları MediaTek prosessorları ilə satışa çıxacaqlar. Bu məsələnin həqiqətən də belə olub-olmayacağı bir neçə aydan sonra məlum olacaq. Belə ki, Mate 40-ın təqdimatı payız fəslində baş tutmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər