
Huawei Mate 60-ın daxili konstruksiya formasının fotosu ortaya çıxıb
Cihazlar+
27.07.2023
Emil
Huawei şirkəti Mate 60 smartfon seriyası üzərində aktiv şəkildə çalışmağa davam edir və onu artıq yaxın zamanda təqdim etməlidir. İndi isə internetdə Mate 60-ın daxili konstruksiyası formasının real fotosu ortaya çıxıb. Ortaya çıxmış fotoya əsasən söyləmək olar ki, smartfon 3 ədəd arxa kameraya və LED işıqlandırmaya sahib olacaq. Bütün bunlar smartfonun arxa panelində yerləşəcək dairəvi sahənin daxilində olacaqlar. Maraqlısı ondadır ki, daxili konstruksiya formasının aşağı hissəsi xüsusi xətt ilə sərhədlənib. Ola bilər ki, smartfonun arxa panelinin yuxarı hissəsi şüşə material ilə, aşağı hissəsi isə süni dəri material ilə əhatə olunsun.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
