Huawei Mate 60-ın hansı prosessor vasitəsilə çalışdığı məlum olub

Huawei Mate 60-ın hansı prosessor vasitəsilə çalışdığı məlum olub

Mobil Cihazlar
04.09.2023 PAYLAŞIM

    Keçən həftə Huawei şirkəti Mate 60 smartfon seriyasını təqdim etdi. Sözügedən seriyaya Mate 60 və Mate 60 Pro modelləri daxildirlər. Lakin şirkət bu smartfonların hansı prosessor vasitəsilə çalışdıqları barəsində məlumat verməmişdi. Yalnız müəyyən müddətdən sonra məlum oldu ki, Mate 60 Pro modeli Kirin 9000S adlı prosessor vasitəsilə çalışır. İndi isə adi Mate 60-ın hansı prosessora sahib olduğu məlum olub. Ortaya çıxmış screenshot fotolara əsasən adi Mate 60 modeli də Kirin 9000S prosessoru vasitəsilə çalışır. Qeyd etmək lazımdır ki, sözügedən prosessor 2.15 GHz çalışma tezliyinə və Maleoon 910 adlı qrafikaya sahibdir. AnTuTu testində bu prosessor 700 000 xal toplayır. Müqayisə üçün qeyd etmək lazımdır ki, digər şirkətlərin aktual prosessorları AnTuTu testində 1 milyondan çox xal yığırlar.




DAHA ÇOX


Məşhur insayder Samsung Galaxy S24 smartfonları barəsində yeni məlumatları təqdi..

Ice Universe ləqəbli məşhur insayder Samsung Galaxy S24 smartfon seriyası barəsində yeni məlumatları..


Samsung Galaxy S24 Ultra-nın render fotoları təqdim edilib

OnLeaks ləqəbli məşhur insayder adi Galaxy S24-ün ardınca Smartprix saytı ilə birlikdə həmçinin Gala..


Xiaomi korporasiyası Xiaomi 13T və Xiaomi 13T Pro flaqman smartfonlarını təqdim ..

Dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərən, istehlakçı elektronikası üzrə dünyanın aparıcı is..


Huawei öz flaqman smartfonlarının büdcəli versiyalarını təqdim edə bilər..

Çinin TENAA adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında Huawei şirkətinin hələ təqdim ..


Qatlana bilən OPPO Find N3 smartfonunun təqdimat müddəti məlum olub

Biz artıq dəfələrlə məlumat vermişik ki, OPPO şirkəti OPPO Find N3 adlı yeni qatlana bilən smartfon ..


Redmi 13C smartfonu təqdimata hazırlaşır

Bir neçə gün bundan öncə Redmi 13C adlı yeni smartfonun render fotoları ortaya çıxdı.

×