Logo
    main-post-cover

    Huawei Mate 60-ın real fotoları təqdim edilib

    Cihazlar+
    14.08.2023
    Emil
        Huawei şirkəti yaxın zamanda Mate 60 smartfon seriyasını təqdim etməlidir. Sözügedən yeni smartfon seriyası barəsində məlumatlar son zamanlarda daha çox ortaya çıxır. Bu dəfə insayderlər seriyaya daxil olacaq adi Mate 60 modelinin real fotolarını təqdim ediblər. Əgər bu real fotolar həqiqəti əks etdirirlərsə, deməli Mate 60 modeli Mate 50-dən fərqlənən arxa kamera sahəsi dizaynını və arxa panel rənglənməsini əldə edəcək.
        Beləliklə real fotolardan da görmək olar ki, smartfonun arxa panelində daivəri kamera sahəsi yerləşəcək və o özündə 3 kamera obyektivini birləşdirəcək. Arxa panelin özü müxtəlif rənglərə sahib iki hissəyə bölünəcək. Digər bir fotoda görmək olar ki, arxa panelin daxili hissəsində naqilsiz şarj texnologiyasını mümkün edəcək sistem yerləşir. Məlumata əsasən Mate 60 modeli dəyişkən diafraqmalı əsas arxa kameranı, ultragenişbucaqlı kameranı və zoom çəkilişlər üçün periskop kameranı əldə edəcək. Mate 60 smartfon seriyasının nə zaman təqdim olunacağı barəsində dəqiq bir məlumat hələ yoxdur.
    Paylaş
    Bənzər xəbərlər