Logo
    main-post-cover

    Huawei Mate 60-ın render fotosu ortaya çıxıb

    Cihazlar+
    08.05.2023
    Emil
        Son zamanlarda ortaya çıxmış məlumata əsasən Huawei şirkəti aktiv şəkildə Mate 60 smartfon seriyası üzərində çalışır. İndi isə insayderlər sözügedən smartfon seriyasına daxil olacaq modellərdən birinin render fotosunu təqdim ediblər. Söhbət, Mate 60-dan gedir. Təqdim edilmiş fotoda smartfonun arxa paneli əks olunub. Fotodan da görmək olar ki, Mate 60 bir qədər Mate 50-ni xatırladır. Hazırlanan yeni smartfon dairəvi kənar hissələrə və arxa paneldən böyük ölçülü kamera sahəsinə sahibdir. İnsayderlər həmçinin qeyd ediblər ki, Huawei artıq Snapdragon 8+ Gen 1 prosessoruna sahib Mate 60 modelini test edir. Çox güman ki, seriyaya daxil olacaq Mate 60 ProMate 60 Pro+ modelləri Snapdragon 8 Gen 2 prosessoru ilə təchiz olunacaqlar. Huawei Mate 60 smartfon seriyasının payız fəslində təqdim olunacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər