main-post-cover

    Huawei Mate 60-ın tenxiki göstəriciləri məlum olub

    Cihazlar+
    17.07.2023
    Emil Nəcəfov
        Huawei şirkətinin bu il ərzində Mate 60 smartfon seriyasını təqdim edəcəyi gözlənilir. İndi isə insayderlər bu seriyaya daxil olacaq adi Mate 60-ın texniki göstəriciləri barəsində məlumatları təqdim ediblər. Onların sözlərinə əsasən Mate 60 şirkətin son bir neçə il ərzində 5G dəstəkli ilk smartfonu olacaq. Bəzi məlumatlara əsasən Mate 60 seriyası sentyabr ayında təqdim olunacaq. Mate 60-ın texniki göstəricilərinə gəldikdə isə onun Çin istehsalı 5G modemi özündə birləşdirəcəyi gözlənilir.
        Güman olunur ki, həmin 5G modem smartfonda olacaq Snapdragon 8 Gen 2 prosessorunun tərkibindəki 4G modem ilə birgə çalışacaq. Bununla yanaşı insayderlər bildirib ki, smartfon peyk şəbəkəsi funksiyasını dəstəkləyəcək. Məlumatda qeyd edilib ki, Mate 60 smartfonu 2880x1280 piksel keyfiyyətli 6.78 düym OLED ekran ilə təchiz olunacaq və ekranın kənar hissələri əyilmiş dizaynda reallaşdırılacaq. Smartfon özündə 8/12/16 GB RAM-ı, 256/512 GB/1TB daxili yaddaş həcmini, 64 MP + 50 MP + 13 MP üçlü arxa kameranı və 88 vatt gücündə sürətli şarj texnologiyalı 5100 mAh enerji tutumlu batareyanı birləşdirəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər