main-post-cover

    Huawei Mate 60-ların Çində satışları iPhone 15-in satışlarını geridə qoyub

    Cihazlar+
    11.10.2023
    Farid Pardashunas
         Görünür, Huawei şirkəti Çinin smartfon bazarında öz əvvəlki mövqelərini yavaş-yavaş geri qaytarmağa başlayıb və beləliklə yerli bazarda Apple kimi nəhənglərə lazımi rəqabəti sərgiləməyə hazırlaşır. Məlum olub ki, şirkətin yeni Mate 60 smartfonları Çin bazarında alıcılar arasında iPhone 15 smartfonlarından daha məşhurdur. Riteylerlərin vermiş olduqları məlumata əsasən hətta Mate 60 Ultimate Design adlı ən bahalı model də daxil olmaqla Mate 60 smartfon seriyasının satışları iPhone 15-in satışlarını geridə qoyub.
         Bu isə Apple üçün ciddi məğlubiyyətdir. Belə ki, Çin satış həcmləri baxımından Apple şirkəti üçün vacib olan bazarlardan biridir. Məlumata əsasən alıcılar Mate 60 smartfonlarını əldə etmək üçün rəsmi Huawei mağazaları qarşısında növbəyə dayanırlar. Bu səbəbdən də şirkətin Mate 60 ehtiyatı həm mağazalardan həm də anbarlardan olduqca sürətlə yoxa çıxır. Mate 60 smartfonlarının yerli bazarda bu qədər məşhur olmalarının əsas səbəbi böyük ehtimal ilə alıcıların yerli şirkəti dəstəkləmək istəmələrindədir. Analitiklərin proqnozlarına əsasən bu vəziyyət 2024-cü ildə Apple üçün ciddi problemə çevrilə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Motorola Edge (2023) smartfonu təqdim edilib - QİYMƏTİ
    motorola-edge-2023-smartfonu-teqdim-edilib-qiymeti
    OnePlus 12 hansı kameralara sahib olacaq?
    oneplus-12-hansi-kameralara-sahib-olacaq
    Playstation 5-in daha kiçik ölçülü yenilənmiş versiyası təqdim edilib - QİYMƏTİ
    playstation-5-in-daha-kicik-olculu-yenilenmis-versiyasi-teqdim-edilib-qiymeti
    iPhone 12-də elektromaqnit şüalanması problemini aradan qaldıracaq iOS yenilənməsi hazırdır
    iphone-12-de-elektromaqnit-sualanmasi-problemini-aradan-qaldiracaq-ios-yenilenmesi-hazirdir
    Xiaomi 13T smartfonları bəzi ölkələrdə Leica kameralarsız satılır
    xiaomi-13t-smartfonlari-bezi-olkelerde-leica-kameralarsiz-satilir