Logo
    main-post-cover

    Huawei Mate 60 modellərindən birinin render fotosu ortaya çıxıb

    Cihazlar+
    25.07.2023
    Emil
        Son günlərdə Huawei şirkətinin hələ təqdim edilməmiş Mate 60 smartfon seriyası barəsində daha çox məlumat ortaya çıxır. Bugün də istisna olmayıb. İnternetdə Mate 60 GTS Porsche Design modelinin render fotosu ortaya çıxıb. Huawei adətən özünün Mate seriyasında Mate Porsche Design adlı xüsusi modeli də təqdim edir. Bu modelin dizaynı Porsche şirkətinin dizaynerləri tərəfindən tərtib olunur. Görünür, Mate 60 seriyası da bu məsələdə istisna olmayacaq.
        Ortaya çıxmış render fotodan da görmək olar ki, sözügedən Mate 60 modelinin gövdəsi iki rəng variantında tərtib ediləcək. Smartfonun arxa panelinin yuxarı hissəsi qırmızı, aşağı hissəsi isə qara rəngdə olacaq. Bununla yanaşı bu modelin ekranının kənar hissələri əyilmiş dizaynda reallaşdırılacaq və onun yuxarı mərkəz hissəsində oval formalı çıxıntı yerləşəcək. Huawei Mate 60 smartfon seriyasının yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər