
Huawei Mate 60 Pro-da hansı prosessordan istifadə edildiyi məlum olub
Bir neçə saat bundan öncə Huawei şirkəti heç gözlənilmədən Mate 60 Pro smartfonunu təqdim etdi və satışa çıxartdı. Lakin şirkət sözügedən smartfonda istifadə edilən prosessorun modeli barəsində heç bir məlumat verməyib. Üstəlik smartfonun sahib olduğu HarmonyOS əməliyyat sisteminin ayarlarındakı smartfon barəsində məlumatlar hissəsində də prosessorun adı qeyd edilməyib.
Buna baxmayaraq kənar proqram təminatı vasitəsilə prosessorun adını öyrənmək mümkün olub. Şirkət Mate 60 Pro-da istifadə edilən prosessoru Kirin 9000s adlandırır. Güman olunur ki, bu, şirkətin yeni prosessorudur. Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən Kirin 9000s prosessoru özündə Cortex-A78 və Cortex-A510 nüvələrini birləşdirir. Ümumilikdə bu prosessor MediaTek Dimensity 8100 prosessoru ilə eyni səviyyədədir.
Paylaş
Bənzər xəbərlər