
Huawei Mate 60 Pro-nun keyfiyyətli render fotosu ortaya çıxıb
Mobil Cihazlar
24.07.2023
Emil Noisy
Son məlumat sızıntılarına əsasən Huawei şirkəti yaxın zamanda Huawei Mate 60 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya daxil olacaq modellərdən biri də Huawei Mate 60 Pro olacaq. İndi isə Çinin Weibo adlı sosial şəbəkəsində Mate 60 Pro-nun keyfiyyətli render fotosu ortaya çıxıb. Ortaya çıxmış render fotoda smartfonun ön paneli əks olunub. Fotodan da görmək olar ki, Mate 60 Pro smartfonu kənarları əyilmiş dizayna sahib ekranı əldə edəcək və ekranın yuxarı mərkəz hissəsində oval formalı çıxıntı yerləşəcək. Oval formalı çıxıntı hissə iPhone 14 Pro modellərinin ekranlarında reallaşdırılmış Dynamic Island adlı çıxıntı hissəni xatırladır. Bəzi məlumatlara əsasən oval formalı çıxıntı daxilində ön kmaera ilə yanaşı üzün 3D skan sistemi də yerləşəcək. Bununla yanaşı Huawei çıxıntı hissə üçün bir sıra sistem funksiyasını reallaşdıracaq.

Linki kopyala
Həftənin xəbərləri

