Logo
    main-post-cover

    Huawei Mate 60 Pro-nun oval formalı ekran çıxıntısının fotoları ortaya çıxıb

    Cihazlar+
    21.07.2023
    Emil
        Dünən məlumat ortaya çıxdı ki, Huawei şirkətinin yaxın zamanda təqdim edəcəyi Huawei Mate 60 Pro smartfonunun ekranı üzərində oval formalı çıxıntı hissə yerləşdiriləcək və o, iPhone 14 Pro modellərinin ekranlarında reallaşdırılmış Dynamic Island ekran çıxıntısını xatırladacaq. İndi isə Çinin Weibo adlı sosial şəbəkəsində Mate 60 Pro-nun ekranındakı oval formalı çıxıntını sərgiləyən qeyri-rəsmi fotolar ortaya çıxıblar.
        Ortaya çıxmış fotolara əsasən smartfon ekranındakı oval formalı çıxıntıda ön kamera və üzün skanı sensoru yerləşəcək. Məlumatda qeyd edilib ki, iPhone-larda istifadə edilən Face ID sensorundan fərqli olaraq Huawei Mate 60 Pro-da 3D ToF sensoru istifadə ediləcək. Üstəlik şirkət oval formalı çıxıntı hissə ilə qarşılıqlı əlaqəni təmin edəcək bir sıra sistem funksiyasını da reallaşdıracaq. Qeyd etmək lazımdır ki, Huawei Mate 60 seriyasının sentyabr ayında təqdim ediləcəyi gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər