Huawei Mate 60 Pro-nun qoruyucu şüşəsi dözümlülük testlərindən keçib (VİDEO)

Huawei Mate 60 Pro-nun qoruyucu şüşəsi dözümlülük testlərindən keçib (VİDEO)

Mobil Cihazlar
18.09.2023 PAYLAŞIM

    Bir neçə müddət bundan öncə təqdim edilmiş Huawei Mate 60 smartfon seriyasının əsas fərqləndirici özəlliklərindən biri də bu seriyaya daxil olan modellərin ekranlarının Kunlun Glass 2 qoruyucu şüşəsi ilə əhatə olunmalıdır. Qeyd etmək lazımdır ki, Kunlun Glass Huawei şirkətinə məxsus olan ekran qoruyucusudur. Bu ekran qoruyucusunun daha öncəki versiyası zamanında yüksək dözümlülük sərgiləyirdi. İndi isə Kunlun Glass 2-nin dözümlülük testləri keçirilib. Sözügedən qoruyucu şüşənin dözümlülük testləri Mate 60 Pro smartfonu çərçivəsində PKBreviws adlı Youtube kanalı tərəfindən keçirilib.


    İlk öncə qeyd etmək lazımdır ki, Kunlun Glass 2 hər tərəfdən əyilmiş dizayna sahibdir. Buna görə də bu qoruyucu şüşə heç bir üsul ilə zərbələrdən qorunmur. Üstəlik testlərdən öncə Mate 60 Pro-nun ekranı üzərindəki qoruyucu örtük də çıxarılıb. Beləliklə aparılmış testlər çərçivəsində smartfon ilk növbədə ekran üzərinə beton səthə düşürülüb. Bu cür düşüş nəticəsində ekran sadəcə bir neçə kiçik cızıq əldə edib. Daha sonra smartfonun arxa paneli üzərinə düşüş reallaşdırılıb. Bu test zamanı da smartfon bir neçə kiçik cızıq əldə edib.

    Üçüncü belə düşüş nəticəsində smartfonun kamera sahəsində çat əmələ gəlib və arxa şüşənin aşağı hissəsində kiçik ölçülü parça qopub. Smartfon dördüncü dəfə beton səthə atılıb, üzərindən avtomobil ilə keçilib və üstəlik kiçik ölçülü daşlardan təşkil edilmiş torpağa daxil edilib. Smartfonun təmizlənməsindən sonra məlum olub ki, o, bütün bu testlərdən ciddi zədə almadan keçə bilib. Aparılmış testlərdə ekran sadəcə bir neçə kiçik cızıq əldə edib. Qeyd etmək lazımdır ki, Huawei şirkətinin məlumatına əsasən birinci Kunlun Glass-dan fərqli olaraq Kunlun Glass 2 adi şüşədən 10 dəfə daha dözümlüdür.



DAHA ÇOX


Gələn il IP68 standartı üzrə sudan qorunan daha çox smartfon satışa çıxacaq..

Uzun illər ərzində IP68 standartı üzrə sudan qorunma özəlliyi Apple, Samsung və Sony smartfonlarında..


Huawei Mate 60 RS Ultimate Design smartfonunun ana platasının dəyişdirilməsi iPh..

Bir neçə gün bundan öncə Huawei şirkəti Mate 60 RS Ultimate Design adlı premium smartfonunu təqdim e..


Samsung Galaxy S23 FE-nin real fotosu ortaya çıxıb

Hələ təqdim edilməmiş Samsung Galaxy S23 FE smartfonunun real fotosu internetdə ortaya çıxıb...


iPhone 15 Pro-larda qızma problemi prosessorun zəiflədilməsi ilə aradan qaldırıl..

iPhone 15 Pro və iPhone 15 Pro Max smartfonlarının yüksək temperatura kimi qızmaları problemi artıq ..


Növbəti iPhone SE smartfonu iPhone 15-lərin özəlliklərini əldə edə bilər..

Macrumors saytı növbəti iPhone SE barəsində yeni məlumatları əldə edib.


Google Pixel 8 Pro-nun real fotoları və satış tarixi ortaya çıxıb

Dünən internetdə Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxmışdı. İndi is..

×