
Huawei Mate 60 Pro-nun render fotosu ortaya çıxıb
Bu il Huawei şirkətinin Mate 60 smartfon seriyasını təqdim edəcəyi gölzənilir. Bu seriyaya adi Mate 60 ilə yanaşı Mate 60 Pro da daxil olmalıdır. İndi isə internetdə Mate 60 Pro-nun render fotosu ortaya çıxıb. Ortaya çıxmış render fotodan da görmək olar ki, Mate 60 Pro xarici görünüşcə Mate 50 Pro-nu xatırladır. Belə ki, Mate 50 Pro-da olduğu Mate 60 Pro-nun da arxa panelində kameraların yerləşəcəkləri böyük ölçülü dairəvi sahə mövcud olacaq. Bununla yanaşı render fotodan görmək olar ki, yeni smartfonun ekranı üzərində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, Mate 50 Pro-nun ekranı üzərində ənənəvi çıxıntı yerləşdirilir. Əlavə olaraq Mate 60 Pro yastı ekrana sahib olacaq. Huawei Mate 60 smartfon seriyasının payız fəslində təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər