Logo
    main-post-cover

    Huawei Mate 60 Pro-nun texniki özəllikləri təsdiqlənib (VİDEO)

    Cihazlar+
    31.08.2023
    Emil
        Huawei Mate 60 Pro satışa çıxandan sonra smartfon çinli bloggerlərdən biri tərəfindən əldə edilib. Blogger öz növbəsində smartfonu hissələrə ayırıb və onun daxili komponentlərini sərgiləyib. Blogger tərəfindən təqdim edilmiş videoda smartfonun prosessorunun adı əks olunub. Qeyd etmək lazımdır ki, təqdimat çərçivəsində şirkət Mate 60 Pro-da istifadə edilən prosessorun adını açıqlamamışdı. Mate 60 Pro-nun ekranı üzərində 3 ədəd dairəvi formalı çıxıntı yerləşir.
        Onlardan biri ön kamera, digəri isə ToF moduldur. Lakin üçüncü çıxıntının nəyə lazım olduğu bilinmir. Blogger öz növbəsində qeyd edib ki, istifadəçi öz istəyinə uyğun olaraq software səviyyəsində çıxıntılar sahəsindəki bəzi pikselləri deaktiv edə bilər. Bu halda ekran üzərindəki həmin çıxıntılar oval formalı vahid çıxıntı kimi əks olunacaqlar. Bununla yanaşı blogger bildirib ki, smartfon 5G dəstəyinə sahibdir.
        Smartfonun prosessoru HiSilicon Hi36A0 kimi adlandırılıb. Bu isəı 12 nanometrlik Kirin 9000 prosessoruna uyğundur. Mate 60 Pro-nun mobil oyunlarda test edilməsi çərçivəsində prosessor Snapdragon 888 Kirin 9000 səviyyəsində performans sərgiləyib. Videoda həmçinin peyk rabitəsi çipini görmək olar. Bu çipin əsas üstünlüyü peyk rabitəsi vasitəsilə zəngləri reallaşdırmaq və mətn formatında mesajları göndərməkdir.
    Paylaş
    Bənzər xəbərlər