Logo
    main-post-cover

    Huawei Mate 60 RS Ultimate Design smartfonunun ana platasının dəyişdirilməsi iPhone 15 qiymətinə başa gəlir

    Cihazlar+
    28.09.2023
    Emil
        Bir neçə gün bundan öncə Huawei şirkəti Mate 60 RS Ultimate Design adlı premium smartfonunu təqdim etdi. İndi isə şirkət sözügedən smartfonun müəyyən komponentlərinin dəyişdirilməsinin hansı qiymətə başa gələcəyini açıqlayıb. Beləliklə məlumata əsasən Mate 60 RS Ultimate Design smartfonunun keramik materialdan hazırlanmış arxa qapağının dəyişdirilməsi 300$-a başa gələcək. Ekranın zədələnməsi halında onun dəyişdirilməsi 340$-a başa gələcək. Bu smartfonun ən bahalı detalı məhz ana platasıdır. Ana platanın dəyişdirilməsi isə öz növbəsində 890-960$-a başa gələcək. Qeyd etmək lazımdır ki, Çində adi iPhone 15 modelini 820$-a əldə etmək olar.
    Paylaş
    Bənzər xəbərlər