Logo
    main-post-cover

    Huawei Mate 60 smartfon seriyasının daha bir modelini təqdim etməyə hazırlaşır

    Cihazlar+
    31.08.2023
        Huawei şirkəti artıq Mate 60 ilə Mate 60 Pro-nu təqdim edib. Lakin insayderlərin vermiş olduqları yeni məlumata əsasən şirkət Mate 60 seriyasının daha bir modelini təqdim etməyə hazırlaşır. Söhbət, Mate 60 Pro+ modelindən gedir. İnsayderlər bildiriblər ki, Huawei Mate 60 Pro+ modelinin ekranı, sürətli şarj texnologiyası göstəricisi, performansı və digər özəllikləri adi Mate 60 Pro modeli ilə eyni olacaq. Sadəcə olaraq Mate 60 Pro+ modeli daha yaxşı əsas arxa kamerası ilə adi Mate 60 Pro-dan fərqlənəcək. İnsayderlər Mate 60 Pro+ modelinin əsas arxa kamerası barəsində məlumatları təqdim etməyiblər. Lakin qeyd etmək lazımdır ki, adi Mate 60 Pro modeli optik stabilizasiyaya sahib dəyişkən diafraqmalı 50 MP-lik əsas arxa kameraya sahibdir. Mate 60 Pro+ modelinin təqdimatı istənilən an baş tuta bilər.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Huawei Mate 60 smartfon seriyasının daha bir modelini təqdim etməyə hazırlaşır | Technote