Logo
    main-post-cover

    Huawei Mate 60 smartfonları peyk rabitəsi vasitəsilə telefon zəngləri imkanına sahib olacaqlar

    Cihazlar+
    24.08.2023
    Emil
        Huawei şirkətinin keçən il təqdim etmiş olduğu Mate 50 smartfon seriyasının modellərinin əsas özəlliklərindən biri də onların peyk rabitəsi dəstəyinə sahib olmaları idi. Mate 50 smartfonları mobil şəbəkənin olmadığı ərazilərdə fövqəladə hallar zamanı peyk rabitəsi vasitəsilə SMS-lərin göndərilməsini mümkün edir. Ortaya çıxmış yeni məlumata əsasən isə şirkətin təqdimata hazırlaşan Mate 60 smartfon seriyasında peyk rabitəsi funksiyası təkmilləşdiriləcək.
        Belə ki, məlumatda qeyd edilib ki, Mate 60 smartfonları peyk rabitəsi üzərindən SMS göndərməklə yanaşı telefon zənglərini reallaşdırmaq imkanını da təqdim edəcəklər. Bunun üçün yeni smartfonlara xüsusi çip quraşdırılacaq. Bununla belə peyk rabitəsi üzərindən telefon zənglərinin reallaşdırılmasında Tiantong adlı peyk sistemindən istifadə ediləcək. Huawei Mate 60 smartfon seriyasının yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər