
Huawei Mate 60 smartfonlarının dizaynları sərgilənib
Smartfon istehsalçıları öz yeni məhsullarının təqdimatlarından öncə onların CAD sxemlərini adətən keys istehsalçılarına təqdim edirlər. Artıq dəfələrlə elə hallar baş verib ki, keys istehsalçıları həmin CAD sxemlər vasitəsilə hələ təqdim olunmamış cihazların dizaynlarını ortaya çıxarıblar. Görünür, Huawei Mate 60 smartfon seriyası bu cür vəziyyətin növbəti qurbanına çevrilib. Belə ki, internetdə Huawei Mate 60 və Mate 60 Pro-nun dizaynlarını sərgiləyən reklam posterləri ortaya çıxıb. Ortaya çıxmış reklam posterləri sözügedən smartfonlar barəsində daha öncə olmuş məlumat sızıntılarını təsdiqləyiblər.
Reklam posterlərindən də görmək olar ki, smartfonlar dairəvi formada arxa kamera sahəsinə sahib olacaqlar. Bununla yanaşı smartfonların arxa panelləri yarımay formasında xətt vasitəsilə iki hissəyə ayrılacaq. Nəticədə smartfonların arxa panelləri iki fərqli rəngə sahib olacaqlar. Bununla yanaşı smartfonların ekranları üzərində iPhone 14 Pro-ların ekranları üzərində olan Dynamic Island çıxıntısını xatırladan çıxıntı olacaq. Huawei Mate 60 smartfon seriyasının yaxın zamanda təqdim olunacağını nəzərə alsaq, ortaya çıxmış bu fotoların həqiqəti əks etdirmələri ehtimalı yüksəkdir.
Paylaş
Bənzər xəbərlər