Logo
    main-post-cover

    Huawei Mate 60 təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    30.08.2023
    Emil
        Huawei şirkəti dünən Mate 60 Pro smartfonunu təqdim etdi. İndi isə şirkət adi Mate 60-ı təqdim edib. Adi Mate 60 modeli xarici görünüşcə Mate 60 Pro-ya bənzəsə də yastı ekran ilə təchiz olunub və onun ekranı üzərində daha ənənəvi çıxıntı yerləşib. Beləliklə Mate 60 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2688x1216 piksel keyfiyyətli 6.69 düym OLED ekranla təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün kiçik dairəvi çıxıntı yerləşdirilib. Bununla yanaşı smartfonun ekranı Kunlun Glass 2 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Huawei Mate 60-ın gövdəsi IP68 standartı üzrə sudan qorunur və özündə stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün NFC çipi birləşdirir.
     
        Şirkət Mate 60-da istifadə edilən prosessorun adını açıqlamayıb. Lakin digər texniki göstəricilərə gəldikdə isə smartfon 12 GB RAM, 256/512 GB/1 TB daxili yaddaş həcmi, 50 MP + 12 MP + 12 MP üçlü arxa kamera, 13 MP-lik ön kamera və 66 vatt gücündə sürətli şarj texnologiyalı 4750 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon həmçinin 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını və 7.5 vatt gücündə ikitərəfli şarj texnologiyasını dəstəkləyir. Mate 60 Pro kimi adi Mate 60 modeli də HarmonyOS 4.0 əməliyyat sistemi vasitəsilə çalışır. Huawei Mate 60 artıq Çin bazarında satışa çıxıb. 256 GB yaddaşa sahib model 754$-a, 512 GB yaddaşa sahib model 822$-a, 1 TB yaddaşa sahib model isə 960$-a satılır.
    Paylaş
    Bənzər xəbərlər