Logo
    main-post-cover

    Huawei Mate 70 RS Ultimate Design premium smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    26.11.2024
    Emil
         Huawei şirkəti Mate 70 smartfonları ilə yanaşı bu seriyanın ən premium modelini də təqdim edib. Söhbət, Mate 70 RS Ultimate Design modelindən gedir. Bu model öz xarici görünüşü baxımından digər Mate 70 modellərindən bir qədər fərqlənir. Smartfon kənarları əyilmiş gövdə dizaynını əldə edib və onun arxa panelində 8 bucaqlı formada kamera sahəsi yerləşir. Arxa panel keramikadan hazırlanıb. Texniki göstəricilər baxımından isə smartfon Mate 70 Pro modelləri ilə eynidir.
         Belə ki, Mate 70 RS Ultimate Design modeli 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2832x1316 piksel keyfiyyətli 6.9 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2500 nit təşkil edir və o, Kunlun Glass 2 qoruyucu şüşəsi ilə əhatə olunub. Smartfonun gövdəsi IP68/69 standartları üzrə sudan qorunma özəlliyinə sahibdir. Digər Mate 70 modellərində olduğu kimi Mate 70 RS Ultimate Design-da da hansı prosessorun çalışdığı açıqlanmayıb. Lakin bunun Kirin 9020 olduğu güman edilir.
         Mate 70 RS Ultimate Design smartfonu 16 GB RAM ilə 512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 40 MP + 48 MP + 1.5 MP dördlü arxa kameraya və 13 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə smartfon 100 vatt gücündə sürətli şarj texnologiyalı 5700 mAh enerji tutumlu batareya ilə təchiz olunub və üstəlik 80 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Mate 70 RS Ultimate Design-ın satışlarına Çində 4 dekabr tarixində start veriləcək və onun qiyməti 1654$-dan başlayacaq.
    Paylaş