main-post-cover

    Huawei Mate 70 smartfon seriyası Android tətbiqlərin dəstəyi imkanından məhrum ola bilər

    Cihazlar+
    08.04.2024
    Farid Pardashunas
         Huawei şirkəti bu ilin ikinci yarısında Mate 70 smartfon seriyasını təqdim etməlidir. İnsayderlərin vermiş olduqları məlumata əsasən Huawei şirkətinin bu yeni smartfon seriyası HarmonyOS NEXT əməliyyat sistemi vasitəsilə çalışacaq və Android tətbiqlərin dəstəklənməsi imkanından məhrum olacaq. Huawei artıq bildirib ki, HarmonyOS NEXT ekosistemini dəstəkləyən tətbiqlərin sayı 4000-i keçib.
         Gözləntilərə əsasən şirkət sözügedən əməliyyat sisteminin istehlakçılar üçün nəzərdə tutulmuş versiyasını bu ilin dördüncü rübündə istifadəyə verəcək. Hal-hazırda HarmonyOS NEXT-in test versiyası dünyadakı bütün tərtibatçılar üçün aktivdir. Həmçinin qeyd edilib ki, bu ilin sonuna kimi HarmonyOS NEXT dəstəyini əldə edəcək tətbiqlərin sayı 5000-ə çatacaq. Qeyd etmək lazımdır ki, daha öncə məlumat ortaya çıxmışdı ki, HarmonyOS NEXT istifadəyə veriləndən sonra Huawei şirkəti Android tətbiqlərin dəstəyindən tamamilə imtina edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Huawei üçlü qatlanma mexanizminə sahib smartfonunu patentləşdirib
    huawei-uclu-qatlanma-mexanizmine-sahib-smartfonunu-patentlesdirib
    Huawei Watch Fit 3 smart qolbağı təqdimata hazırlaşır
    huawei-watch-fit-3-smart-qolbagi-teqdimata-hazirlasir
    Huawei P70 smartfonları Geekbench testlərindən keçiblər
    huawei-p70-smartfonlari-geekbench-testlerinden-kecibler
    Huawei P70 smartfon seriyası yaxın günlərdə təqdim oluna bilər
    huawei-p70-smartfon-seriyasi-yaxin-gunlerde-teqdim-oluna-biler
    Huawei FreeBuds Lipstick 2 naqilsiz qulaqlığı təqdimata hazırlaşır
    huawei-freebuds-lipstick-2-naqilsiz-qulaqligi-teqdimata-hazirlasir