
Huawei Mate 70 smartfon seriyası güclü süni zəka funksiyalarına sahib olacaq
Cihazlar+
03.06.2024
Emil
Huawei şirkəti bu ilin ikinci yarısında Mate 70 smartfon seriyasını təqdim etməlidir. İndi isə insayderlər bu smartfon seriyası barəsində ilk məlumatları təqdim ediblər. Beləliklə insayderlərin sözlərinə əsasən Huawei şirkətinin bu yeni smartfon seriyası daha öncəki Mate modellərində olduğu kimi dairəvi formalı kamera sahəsini əldə edəcək. Qeyd etmək lazımdır ki, bu cür kamera sahəsi dizaynı Mate 30 seriyasından başlayaraq aktiv şəkildə istifadə edilir.
Bundan əlavə olaraq insayderlər bildiriblər ki, Huawei Mate 70 seriyası güclü süni zəka funksiyalarını əldə edəcək. Sözügedən smartfon seriyasının əldə edəcəyi süni zəka funksiyaları arasında AI Imaging və AI Life adlı funksiyalar olacaq. Məlumata əsasən bu, Apple şirkətinin iOS 18-də işə salacağı süni zəka funksiyalarına Huawei tərəfindən cavab olacaq. Huawei Mate 70 seriyasının həmçinin güclü Kirin prosessorunu əldə edəcəyi gözlənilir. Heç istisna deyil ki, Huawei Mate 70 smartfonları Android dəstəyindən tamamilə məhrum olmuş HarmonyOS NEXT əməliyyat sistemi vasitəsilə çalışsınlar.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
