
Huawei Mate 70 smartfonları iki əməliyyat sisteminə sahib ola bilərlər
Cihazlar+
16.10.2024
Emil
Huawei şirkəti bu ilin sonuna kimi Mate 70 smartfonlarını təqdim etməlidir. Ortaya çıxmış yeni məlumata əsasən Mate 70 smartfonları iki əməliyyat sisteminə sahib ola bilərlər. HarmonyOS NEXT və Android. Qeyd etmək lazımdır ki, şirkət HarmonyOS NEXT adlı yeni əməliyyat sistemini 22 oktyabr tarixində təqdim edəcək. Bu əməliyyat sistemi Android-dən tamamilə müstəqildir və üstəlik onda Android tətbiqlər dəstəklənməyəcəklər.
Bu səbəbdən HarmonyOS NEXT daha sürətli və effektiv çalışacaq. Bununla belə şirkət qlobal bazardakı istifadəçiləri üçün Android tətbiqlərin dəstəklərini reallaşdırmağı planlaşdırır. Bu üsul ilə istifadəçilər Gmail və YouTube kimi ənənəvi tətbiqlərdən faydalana biləcəklər. Bu cür ikili əməliyyat sistemi sxemi istifadəçilərə HarmonyOS NEXT çərçivəsində müxtəlif təcrübələr aparmağa imkan verəcək və bununla belə istifadəçilər ənənəvi tətbiqlərdən məhrum olmayacaqlar.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
