Logo
    main-post-cover

    Huawei Mate 70 smartfonlarının arxa panel dizaynları məlum olub

    Cihazlar+
    30.10.2024
    Emil
         Huawei şirkəti aktiv şəkildə Mate 70 smartfon seriyasının təqdimatına hazırlaşır. Gözləntilərə əsasən bu seriyaya 4 model daxil olacaq. Huawei Mate 70, Mate 70 Pro, Mate 70 Pro+Mate 70 RS. Ortaya çıxmış yeni foto bu smartfonların arxa panellərinin necə bir dizayna sahib olacaqlarını sərgiləyir. Ortaya çıxmış yeni fotoda Mate 70 seriyasının arxa kamera dizaynları əks olunub. Fotoya əsasən bütün Mate 70 smartfonları dördlü arxa kameraya sahib olacaqlar. Mate 70, Mate 70 Pro, Mate 70 Pro+ modellərinin dairəvi formalı kamera sahəsinə sahib olacaqları halda, Mate 70 RS modeli 8 bucaqlı formada kamera sahəsini əldə edəcək. Ümumilikdə arxa kamera sahəsinin dizaynları Mate 50 seriyasının smartfonlarının arxa kamera dizaynlarını xatırladır. Huawei Mate 70 seriyasının bu ilin sonuna kimi təqdim olunacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər