Huawei Mate 70 smartfonlarının ilk real fotoları ortaya çıxıblar
Cihazlar+
20.08.2024
Emil Nəcəfov
Huawei şirkəti hal-hazırda Mate 70 smartfon seriyasının təqdimatına hazırlaşır. Bu smartfon seriyasına daxil olacaq modellərin arxa panel fotoları artıq internetdə ortaya çıxıblar. Ortaya çıxmış fotolara əsasən Mate 70 modellərindən birinin arxa panelində dairəvi formada kamera sahəsi, digərində isə 8 bucaqlı formada kamera sahəsi yerləşəcək. Fotolardan belə qənaətə gəlmək olar ki, smartfonlar kənarları bir qədər əyilmiş gövdə dizaynını əldə edəcəklər.
8 bucaqlı formada kamera sahəsinə sahib model çox güman ki, Mate 70 RS Ultimate adlanacaq. Mate 60 RS Ultimate-dən fərqli olaraq Mate 70 RS Ultimate modeli daha iti künc hissələrə sahibdir. Keçən il Mate 60 seriyası avqust ayında təqdim edilmişdi. Mate 70 seriyasının bu il avqust ayında təqdim olunub-olunmayacağı dəqiq bilinmir. Bir neçə müddət bundan öncə Digital Chat Station ləqəbli məşhur insayder bildirmişdi ki, Mate 70 seriyasının təqdimatı bu ilin dördüncü rübünə kimi təxirə salınmış ola bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Xiaomi, Honor və Huawei ilin sonuna kimi Tandem OLED ekrana sahib planşetlərini təqdim edəcəklər
Xiaomi, Honor və Huawei ilin sonuna kimi Tandem OLED ekrana sahib planşetlərini təqdim edəcəklər
Bu ilin əvvəlində təqdim edilmiş Honor Magic 6 Ultimate smartfonu və may ayında təqdim edilmiş iPad Pro 2024 planşeti Tandem OLED ekrana sahibdirlər.
ABŞ hökuməti Huawei şirkətinə qarşı olan sanksiyaları aradan qaldıra bilər
ABŞ hökuməti Huawei şirkətinə qarşı olan sanksiyaları aradan qaldıra bilər
ABŞ Demokratlar partiyasının Kaliforniyadan olan nümayəndələri ABŞ hökumətinin Huawei şirkətinə qarşı olan sanksiyaları yenidən nəzərdən keçirtməyi təklif ediblər.
Huawei şirkətinin 3 qat qatlana bilən smartfonunun yeni fotoları ortaya çıxıb
Huawei şirkətinin 3 qat qatlana bilən smartfonunun yeni fotoları ortaya çıxıb
Huawei şirkətinin 3 qat qatlana bilən smartfonunu təqdim etməyə hazırlaşdığı artıq sirr deyil.
Huawei öz yeni cihazlarını yaxın zamanda təqdim etməlidir
Huawei öz yeni cihazlarını yaxın zamanda təqdim etməlidir
Huawei şirkəti yaxın zamanda öz yeni cihazlarını təqdim etməlidir. Lakin şirkət bunun nə zaman baş verəcəyini hələ rəsmi şəkildə elan etməyib.
Huawei şirkətinin qeyri-adi qatlana bilən smartfonunun nə zaman təqdim oluna biləcəyi açıqlanıb
Huawei şirkətinin qeyri-adi qatlana bilən smartfonunun nə zaman təqdim oluna biləcəyi açıqlanıb
İnsayderlər son günlərdə Huawei şirkətinin barəsində müxtəlif məlumatların ortaya çıxmış olduğu 3 qat qatlana bilən smartfonu haqqında yeni məlumatları bölüşüblər.
Həftənin xəbərləri
Qatlana bilən Motorola Razr 50s Ultra smartfonu təqdimata hazırlaşır
Google kənar Android tətbiqlərin yüklənməsi prosesini daha təhlükəsiz edəcək