main-post-cover

    Huawei Mate X3 adlı yeni qatlana bilən smartfon üzərində çalışır

    Cihazlar+
    28.11.2022
    Farid Pardashunas
        Çinin kütləvi informasiya vasitələrinin verdikləri məlumata əsasən Huawei şirkəti qatlana bilən Mate X2 smartfonunu satışdan çıxardıb. Bununla da şirkət yeni qatlana bilən smartfonun təqdimatına hazırlaşdığına işarə edir. Bir neçə müddət bundan öncə də buna bənzər məlumat ortaya çıxmışdı. Jurnalistlər qeyd etmişdilər ki, şirkət yeni qatlana bilən smartfonun istehsalına noyabr ayında start verəcək və onu 2023-cü ilin əvvəlində satışa çıxardacaq. Gözləntilərə əsasən smartfon Huawei Mate X3 adını əldə edəcək. Güman olunur ki, sözügedən smartfon Snapdragon 8 Gen 2-nin 4G versiyası vasitəsilə çalışacaq və istifadəçilərə yeni şarnir texnologiyası ilə daha dözümlü gövdə konstruksiyasını təqdim edəcək. Huawei Mate X3-ün dekabr ayında təqdim ediləcəyi istisna deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər