Logo
    main-post-cover

    Huawei Mate XT Ultimate Design qlobal bazarda satışa çıxacaq

    Cihazlar+
    23.09.2024
    Emil
         Huawei şirkəti bir neçə müddət bundan öncə Çində Mate XT Ultimate Design adlı 3 qat qatlana bilən smartfonunu təqdim etdi. Təqdimat zamanı sözügedən smartfonun qlobal bazarda satılıb-satılmayacağı barəsində bir məlumat təqdim edilmədi. Nəticədə Mate XT Ultimate Design-ın eksklüziv olaraq yalnız Çin bazarında satılacağı düşünülürdü. İndi isə bu məlumata aydınlıq gətirilib. Verilmiş məlumata Huawei şirkətinin 3 qat qatlana bilən smartfonu üstəlik qlobal bazarda da satışa çıxacaq.
         Verilmiş məlumatda qeyd edilib ki, Huawei Mate XT Ultimate Design smartfonunun qlobal versiyası gələn ilin birinci yarısında təqdim olunacaq. Heç istisna deyil ki, smartfonun qlobal versiyası gələn ilin əvvəlində baş tutacaq MWC 2025 sərgisi çərçivəsində təqdim olunsun. Şirkət smartfonun qlobal versiyasını öz fərdi təqdimat tədbiri çərçivəsində də təqdim edə bilər. Çox güman ki, Huawei Mate XT Ultimate Design-ın qlobal versiyası texniki imkanlar baxımından Çindəki versiyadan fərqlənməyəcək. Lakin onun qlobal bazarda olduqca baha qiymətə satılacağı ehtimalı yüksəkdir.
    Paylaş