main-post-cover

    HUAWEI MateBook D16 nələr bacarır?

    Cihazlar+
    16.05.2024
    Aslan Aslanov

         HUAWEI MateBook D16 noutbukunun 2024 il modeli satışa çıxarıldı. Alıcının bu pul müqabilində nə əldə edəcəyi və noutbukun hansı vəzifələr üçün istifadə edilə biləcəyi haqqında bu məqalədə danışacayıq.

         HUAWEI şirkəti bu cihazı, müxtəlif ofis işləri üçün (məsələn, rəqəmlərlə işləmək, çoxlu sayda məlumatlar, sənədlər, foto və video redaktə etmək) uyğun olan yüksək performanslı noutbuk kimi təqdim edir. Hədəf auditoriya - ofis işçiləri, menecerlər, maliyyə sektoru işçiləri, tələbələrdir.
         Model gözəl dizaynda hazırlanmışdır. Bütün səthlər metalikdirlər, sağ yan tərəfində USB 2.0 portu yerləşir, sol tərəfində isə USB-C və USB 3.2 portları, həmçinin 1.4 versiyalı HDMI girişi və qulaqlıq üçün yuva mövcuddur.
         Noutbuk Intel Core i9 13900H prosessoru, 16 GB DDR4 yaddaşı və 1 Tb sürətli SSD yaddaşı ilə təmin edilmişdir. Əgər noutbuk mətnlər yazmaq, böyük həcmli məlumatlarla işləmək, təqdimatlar yaratmaq, video və şəkillərlə işləmək üçün istifadə olunursa, bu kimi vəzifələr üçün onun performansı artıqlaması ilə kifayət edir.
         HUAWEI MateBook D16-da 1920x1200 piksel təsvir ölçülü və 16:10 ekran nisbətli 16 düym ekran quraşdırılmışdır. Belə böyük ekran sahəsi həm filmlərin izlənilməsi, həm oyunlar, həm də iş üçün rahatdır. Ekranın kənarlarındakı çərçivələr kifayət qədər nazikdir, buna baxmayaraq, istehsalçı üst hissədə HD veb-kameranı yerləşdirməyi bacarmışdır. Kamera avtomatik olaraq, istifadəçini izləyə bilər, şəkli mərkəzləşdirə bilər. Bundan əlavə, videozənglər üçün səs gücləndirmə və səs-küydən təmizlənmə funksiyası mövcuddur. Bu funksiya, əgər videozəng bir kafedən və ya küçədən edilirsə istifadəçiyə rahat danişmaq imkanları yaradır.
         Ekran istifadəçinin görmə qabiliyyətini qorumaq üçün bütün müasir texnologiyaları dəstəkləyir. Məsələn, o, TUV standartı ilə təchiz edilmişdir - bu sertifikat məhsulun insan gözləri üçün təhlükəsiz olduğunu ifadə edir.
         Qeyd etmək lazımdır ki, komplektə daxil olan 65 Vt gücündə enerji blokunun sürətli şarjı var. Məsələn, sürətli şarj funksiyası sayəsində təqribən 30-35 dəqiqə ərzində akumlyatoru 50% doldurmaq mümkündür. Bu, mətnlərlə işləmək və ya internetdə məlumatları izləmək üçün 4-5 saat kifayətdir. Əgər MateBook D16 sahibinin HUAWEI şirkətinin başqa qurğuları (məsələn, qulaqlıqlar, smartfon və ya saat) varsa, onlar noutbuka avtomatik olaraq qoşula bilərlər (xüsisi funksiyanı aktiv etdikdə). Bundan əlavə, həmin HUAWEI qurğularını şarj etmək üçün əlavə enerji bloku lazım olmayacaq. Bunların hamısını noutbukun enerji bloku vasitəsi ilə etmək mümkündür.
         HUAWEI Matebook D16 noutbukunun yeni modeli mükəmməl alınıb. Əvvəlki modellə müqayisədə, cihaz daha yüngül və daha güclüdür. O, sahibinə internetdə filmlərin izlənməsindən və mətn yığımından tutmuş, "ağır" proqram təminatı ilə işləməyə - istər video redaktə, istər oyunlar olsun, hər hansı tapşırıqları yerinə yetirməyə imkan yaradır. Yuxarıda deyilənləri yekunlaşdıraraq onu demək olar ki, bu, hər hansı vəziyyətlərdə rahat istifadə üçün azı bir neçə il yetəcək ideal bir noutbukdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Huawei MatePad planşet seriyasının yeni büdcəli modelinin təqdimatına hazırlaşır
    huawei-matepad-planset-seriyasinin-yeni-budceli-modelinin-teqdimatina-hazirlasir
    Qlobal bazarda Huawei MateBook 14 (2024) noutbuku təqdim edilib - QİYMƏTİ
    qlobal-bazarda-huawei-matebook-14-2024-noutbuku-teqdim-edilib-qiymeti
    Qlobal bazarda Huawei MatePad 11.5”S planşeti təqdim edilib - QİYMƏTİ
    qlobal-bazarda-huawei-matepad-115s-planseti-teqdim-edilib-qiymeti
    Qlobal bazarda Huawei Watch Fit 3 smart saatı təqdim edilib - QİYMƏTİ
    qlobal-bazarda-huawei-watch-fit-3-smart-saati-teqdim-edilib-qiymeti
    ABŞ hökuməti Huawei-yə prosessor satışını Intel ilə Qualcomm-a tamamilə qadağan edib
    abs-hokumeti-huawei-ye-prosessor-satisini-intel-ile-qualcomm-a-tamamile-qadagan-edib