main-post-cover

    HUAWEI MateBook GT 14 gaming noutbuku təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    02.08.2024
    Emil Nəcəfov
         Huawei şirkəti Çində HUAWEI MateBook GT 14 adlı ilk gaming noutbukunu təqdim edib. Şirkətin ilk gaming noutbuku bazarda olan digər istehsalçıların gaming noutbuklarından bir qədər fərqlənir. Belə ki, HUAWEI MateBook GT 14-ün performanslı Intel prosessorunu əldə etməsinə baxmayaraq noutbukun tərkibində videokart mövcud deyil. Belə ki, sözügedən noutbuk xarici videokartdan istifadəyə hədəflənib. Beləliklə HUAWEI MateBook GT 14 noutbuku 144 Hz-lik təsvir yenilənməsinə sahib 2880x1920 piksel keyfiyyətli 14.2 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir.
         Noutbukun qalınlığı 15.3 mm, çəkisi isə 1.49 kq təşkil edir. Noutbukda effektiv soyutmanın təmin olunması üçün onun alüminum materialdan hazırlanmış gövdəsinin arxa hissəsində isti havanın çıxışı üçün böyük ölçülü qəfəs mövcuddur. HUAWEI MateBook GT 14 üç versiyada təqdim edilib. Birinci versiya Intel Core Ultra 9 185H prosessoru, ikinci versiya Core Ultra 7 155H prosessoru, üçüncü versiya isə Core Ultra 5 125H prosessoru vasitəsilə çalışır. Noutbuk 16/32 GB RAM1/2 TB SSD ilə təchiz olunub. Xəbərin əvvəlində də qeyd edildiyi kimi HUAWEI MateBook GT 14-ün tərkibində ənənəvi videokart mövcud deyil. Noutbuk sadəcə olaraq 8 nüvəli Xe-LPG qrafik çipə sahibdir.
         Noutbukun qrafik imkanlarının təkmilləşdirilməsi üçün Huawei şirkəti Wiko Hi GT Cube adlı xarici GPU-dan istifadəni məsləhət görür. Bu xarici GPU öz növbəsində 8 GB-lıq VRAM-a sahib AMD Radeon RX 7600M XT videokartı əsasında hazırlanıb. Bu xarici GPU noutbuka USB 4 Type-C girişi vasitəsilə qoşulur. HUAWEI MateBook GT 14-ə gəldikdə isə o özündə USB 3.2 Type-A, USB 4 Type-C, HDMI girişlərini, microSD kart girişini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Noutbukun batareya həcmi isə 70 vatt-saat təşkil edir. HUAWEI MateBook GT 14-ün Çindəki satış qiymətləri aşağıda qeyd edilib. Onun digər regionlarda satılıb-satılmayacağı isə bilinmir.
    - Intel Core Ultra 5 125H + 16 GB RAM + 1 TB yaddaş - 1037$
    - Intel Core Ultra 5 125H + 32 GB RAM + 1 TB yaddaş - 1134$
    - Intel Core Ultra 7 155H + 32 GB RAM + 1 TB yaddaş - 1272$
    - Intel Core Ultra 9 185H + 32 GB RAM + 2 TB yaddaş - 1521$
    - Intel Core Ultra 7 155H + 32 GB RAM + 1 TB yaddaş + Wiko Hi GT Cube - 1825$.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qatlana bilən qapaqlı Huawei nova Flip-in yeni fotoları ortaya çıxıb
    qatlana-bilen-qapaqli-huawei-nova-flip-in-yeni-fotolari-ortaya-cixib
    Huawei yeni MatePad planşetlərinin təqdimatlarını anons edib
    huawei-yeni-matepad-plansetlerinin-teqdimatlarini-anons-edib
    Huawei nova Flip smaerfonunun təqdimatı anons edilib
    huawei-nova-flip-smaerfonunun-teqdimati-anons-edilib
    Huawei nova Flip-in bəzi texniki imkanları və qiyməti açıqlanıb
    huawei-nova-flip-in-bezi-texniki-imkanlari-ve-qiymeti-aciqlanib
    Qatlana bilən qapaqlı Huawei nova Flip-in rəsmi fotoları təqdim edilib
    qatlana-bilen-qapaqli-huawei-nova-flip-in-resmi-fotolari-teqdi-edilib