Logo
    main-post-cover

    Huawei MatePad 11.5 S 2025 planşeti təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    15.08.2025
    Emil
         Huawei şirkəti orta büdcəli MatePad 11.5 S 2025 planşetini təqdim edib. Şirkətin bu yeni planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 2800x1840 piksel keyfiyyətli 11.5 düym ölçülü LCD ekranla təchiz olunub. Huawei son zamanlardakı ənənəsinə sadiq qalaraq bu planşetin hansı prosessor vasitəsilə çalışdığını açıqlamayıb. Lakin heç sirr deyil ki, planşetdə şirkətin fərdi Kirin prosessorundan istifadə edilir. Bununla belə söhbətin hansı Kirin modelindən getdiyi sual altındadır.
         Huawei MatePad 11.5 S 2025 planşeti 8/12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda planşet özündə 13 MP-lik arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə o, 40 vatt gücündə sürətli şarj texnologiyalı 8800 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Huawei MatePad 11.5 S 2025 planşeti 21 avqust tarixində Çində satışa çıxacaq və onun qiyməti 306$-dan start götürəcək. Planşetin digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş