main-post-cover

    Huawei MatePad Air 2024 planşeti təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    06.08.2024
    Emil Nəcəfov
         Huawei şirkəti MatePad Pro 12.2 ilə yanaşı daha bir planşetini də təqdim edib. Söhbət, Huawei MatePad Air 2024-dən gedir. Beləliklə yeni Huawei MatePad Air 2024 planşeti 30 Hz-dən 144 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2.8K keyfiyyətli 12 düym ölçülü ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Planşetin qalınlığı 5.9 mm, çəkisi isə 555 qramm təşkil edir. Huawei MatePad Air 2024 planşeti Kirin prosessoru vasitəsilə çalışır. Lakin şirkət Kirin prosessorunun konkret modelinin adını açıqlamayıb.
         Planşet 8/12 GB RAM-ı və 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda planşet 13 MP + 8 MP ikili arxa kameraya və 8 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə Huawei MatePad Air 2024 66 vatt gücündə sürətli şarj texnologiyalı 10 100 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Huawei MatePad Air 2024-ün Çində satışlarına 13 avqust tarixində start veriləcək. Onun satış qiymətləri aşağıdakı kimi olacaq. Planşetin digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    - 8 GB RAM + 256 GB yaddaş - 420$
    - 12 GB RAM + 256 GB yaddaş - 462$
    - 12 GB RAM + 512 GB yaddaş - 560$.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Huawei MatePad Pro 12.2 planşeti təqdim edilib - QİYMƏTİ
    huawei-matepad-pro-122-planseti-teqdim-edilib-qiymeti
    Qatlana bilən qapaqlı Huawei nova Flip təqdim edilib - QİYMƏTİ
    qatlana-bilen-qapaqli-huawei-nova-flip-teqdim-edilib-qiymeti
    Təqdimatdan öncə Huawei nova Flip smartfonu Geekbench testlərindən keçib
    teqdimatdan-once-huawei-nova-flip-smartfonu-geekbench-testlerinden-kecib
    HUAWEI MateBook GT 14 gaming noutbuku təqdim edilib - QİYMƏTİ
    huawei-matebook-gt-14-gaming-noutbuku-teqdim-edilib-qiymeti
    Qatlana bilən qapaqlı Huawei nova Flip-in yeni fotoları ortaya çıxıb
    qatlana-bilen-qapaqli-huawei-nova-flip-in-yeni-fotolari-ortaya-cixib