main-post-cover

    Huawei MatePad planşet seriyasının yeni büdcəli modelinin təqdimatına hazırlaşır

    Cihazlar+
    16.05.2024
    Emil Nəcəfov
         İnsayderlərin vermiş olduqları məlumata əsasən Huawei şirkəti özünün MatePad planşet seriyasının yeni büdcəli modelini təqdim etməyə hazırlaşır. Söhbət, Huawei MatePad SE 11-dən gedir. Çox güman ki, bu yeni büdcəli planşet 2022-ci ildə təqdim edilmiş Huawei MatePad 11-in davamçısı olacaq. İnsayderlərin sözlərinə əsasən MatePad SE 11 planşeti 11.5 düym ölçülü ekranı əldə edəcək və Huawei şirkətinin Kirin prosessoru vasitəsilə çalışacaq.
         Üstəlik məlumatda qeyd edilib ki, bu yeni büdcəli planşet HarmonyOS əməliyyat sistemini əldə edəcək. Təəssüflər olsun ki, planşet barəsində digər bir məlumat yoxdur. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2022-ci ildə təqdim edilmiş MatePad 11 planşeti özündə 11 düym ölçülü ekranı birləşdirir. Sözügedən planşet iki versiyada satışdadır. Birinci versiya Snapdragon 870 prosessoru, ikinci versiya isə Snapdragon 888 prosessoru vasitəsilə çalışır. Təqdimata hazırlaşan Huawei MatePad SE 11 planşetinə gəldikdə isə insayderlər bildiriblər ki, onun bu ay ərzində təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qlobal bazarda Huawei MateBook 14 (2024) noutbuku təqdim edilib - QİYMƏTİ
    qlobal-bazarda-huawei-matebook-14-2024-noutbuku-teqdim-edilib-qiymeti
    Qlobal bazarda Huawei MatePad 11.5”S planşeti təqdim edilib - QİYMƏTİ
    qlobal-bazarda-huawei-matepad-115s-planseti-teqdim-edilib-qiymeti
    Qlobal bazarda Huawei Watch Fit 3 smart saatı təqdim edilib - QİYMƏTİ
    qlobal-bazarda-huawei-watch-fit-3-smart-saati-teqdim-edilib-qiymeti
    ABŞ hökuməti Huawei-yə prosessor satışını Intel ilə Qualcomm-a tamamilə qadağan edib
    abs-hokumeti-huawei-ye-prosessor-satisini-intel-ile-qualcomm-a-tamamile-qadagan-edib
    Huawei Pura 70 smartfon seriyasının qlobal bazarda satışı elan edilib
    huawei-pura-70-smartfon-seriyasinin-qlobal-bazarda-satisi-elan-edilib