
Huawei MatePad Pro 12.2 planşeti təqdim edilib - QİYMƏTİ
Cihazlar+
06.08.2024
Emil
Huawei öz yeni flaqman planşetini təqdim edib. Söhbət, Huawei MatePad Pro 12.2-dən gedir. Bu yeni planşetin əsas fərqləndirici özəlliyi iki laylı OLED ekrana sahib olmasıdır. Bu cür OLED ekran 33% daha yüksək enerji effektivliyini sərgiləyir və üstəlik 3 dəfə daha uzun müddət ərzində çalışa bilir. Beləliklə Huawei MatePad Pro 12.2 planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 2.8K keyfiyyətli 12.2 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2000 nit təşkil edir.

Planşetin qalınlığı 5.5 mm, çəkisi isə 508 qramm təşkil edir. Huawei MatePad Pro 12.2 planşeti Kirin 9010W prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda planşet 13 MP + 8 MP ikili arxa kameraya və 8 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə planşet 100 vatt gücündə sürətli şarj texnologiyalı 10 000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Planşet özündə 8 ədəd səsgücləndiricini birləşdirir. Planşetin Çin bazarında qiymətləri aşağıdakı kimidir. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir.
- 12 GB RAM + 256 GB yaddaş - 600$
- 12 GB RAM + 512 GB yaddaş - 670$
- 16 GB RAM + 1 TB yaddaş - 939$.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Qatlana bilən qapaqlı Huawei nova Flip təqdim edilib - QİYMƏTİ
Huawei şirkəti özünün nova smartfon seriyasının ilk qatlana bilən qapaqlı smartfonunu təqdim edib. Sözügedən smartfon Huawei nova Flip adlanır.

Cihazlar+
Təqdimatdan öncə Huawei nova Flip smartfonu Geekbench testlərindən keçib
Huawei artıq bu gün özünün nova smartfon seriyasının ilk qatlana bilən qapaqlı smartfonu nova Flip-i təqdim edəcək.

Cihazlar+
HUAWEI MateBook GT 14 gaming noutbuku təqdim edilib - QİYMƏTİ
Huawei şirkəti Çində HUAWEI MateBook GT 14 adlı ilk gaming noutbukunu təqdim edib. Şirkətin ilk gaming noutbuku bazarda olan digər istehsalçıların gaming noutbuklarından bir qədər fərqlənir.

Cihazlar+
Qatlana bilən qapaqlı Huawei nova Flip-in yeni fotoları ortaya çıxıb
Huawei dünən özünün nova smartfon seriyasının ilk qatlana bilən qapaqlı smartfonu olacaq Huawei nova Flip-in təqdimatını anons etdi.

Cihazlar+
Huawei yeni MatePad planşetlərinin təqdimatlarını anons edib
Huawei şirkəti iki yeni planşetinin təqdimatını anons edib. Söhbət, yeni Huawei MatePad Pro və MatePad Air planşetlərindən gedir.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
