Logo
    main-post-cover

    Huawei MatePad Pro 13.2 2025 planşeti təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    26.11.2024
    Emil
         Huawei şirkəti Mate seriyasının yeni smartfonlarından əlavə olaraq öz yeni planşetini də təqdim edib. Söhbət, Huawei MatePad Pro 13.2 2025-dən gedir. Şirkətin verdiyi məlumata əsasən bu planşet şirkətin ən güclü planşeti olub. Beləliklə Huawei MatePad Pro 13.2 2025 planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 2880x1920 piksel keyfiyyətli 13.2 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir.
         Yandırıb/söndürmə düyməsinə barmaq izi skanı texnologiyası inteqrasiya edilib. Planşet özündə 6 ədəd səsgücləndiricini birləşdirir. Planşetin hansı prosessor vasitəsilə açıqlanmayıb. Planşet 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda planşet 50 MP + 8 MP ikili arxa kameraya və 16 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə planşet 100 vatt gücündə sürətli şarj texnologiyalı 10 000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Planşet dekabr ayının əvvəlində satışa çıxmalıdır. Onun qiyməti 716$-dan başlayacaq.
    Paylaş