main-post-cover

    Huawei MatePad Pro 13.2 planşetinin yeni versiyasının təqdimatı anons edilib

    Cihazlar+
    21.11.2024
    Emil Nəcəfov
         Huawei şirkəti artıq rəsmi şəkildə təsdiqləyib ki, 26 noyabr tarixində Mate 70 smartfonları və qatlana bilən Mate X6 smartfonu təqdim olunacaqlar. İndi isə şirkət həmin tarix üçün daha bir yeni cihazının təqdimatını anons edib. Söhbət, Huawei MatePad Pro 13.2 planşetinin yeni versiyasından gedir. Şirkətin vermiş olduğu məlumata əsasən təqdimatı baş tutacaq bu planşet şirkətin ən güclü planşeti olacaq. Şirkət təqdim etmiş olduğu poster vasitəsilə planşetin hətta xarici görünüşünü də sərgiləyib. Posterə əsasən planşetin arxa panelində dairəvi kamera yerləşəcək. Bununla yanaşı planşet xarici klaviatura və stilus dəstəyini də əldə edəcək. Adından da bəlli olduğu kimi planşet 13.2 düym ölçülü ekranla təchiz olunacaq. Huawei MatePad Pro 13.2-nin yeni versiyasının Kirin prosessoru vasitəsilə çalışacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Təqdimatas hazırlaşan qatlana bilən Huawei Mate X6 smartfonunu xarici görünüşü sərgilənib
    ye
    Huawei Mate 70 Pro+ smartfonunun xarici görünüşü rəsmi şəkildə sərgilənib
    huawei-mate-70-pro-smartfonunun-xarici-gorunusu-resmi-sekilde-sergilenib
    Huawei Mate 70 smartfon seriyasının təqdimatı rəsmi şəkildə anons edilib
    huawei-mate-70-smartfon-seriyasinin-teqdimati-resmi-sekilde-anons-edilib
    Huawei MatePad 13.2 planşetinin davamçısı təqdimata hazırlaşır
    huawei-matepad-132-plansetinin-davamcisi-teqdimata-hazirlasir
    ƏN TƏLƏBKAR İSTİFADƏÇİLƏR ÜÇÜN İDEAL SMARTFONLAR: HUAWEI PURA70 VƏ PURA70 PRO
    en-telebkar-istifadeciler-ucun-ideal-smartfonlar-huawei-pura70-ve-pura70-pro