main-post-cover

    HUAWEI MatePad SE 11" - gündəlik tapşırıqlar üçün ideal yoldaş

    Cihazlar+
    21.08.2024
    Emil Nəcəfov
         HUAWEI öz istifadəçilərini yenilikçi və sərfəli cihazlarla sevindirməyə davam edir. Yeni HUAWEI MatePad SE 11" planşeti keyfiyyət və performansı qiymətləndirənlər üçün dəbli və funksional həlldir. Bu yüngül və yığcam qadcet işdə, dərs və əyləncə zamanı əvəzsiz köməkçiniz olacaqdır.
    Dizayn və erqonomika
         HUAWEI MatePad SE 11" zərif dizaynı və möhkəm metal korpusu ilə seçilir. İncə profil və yüngül çəki  sayəsində (batareya ilə cəmi 475 q) planşeti bir əllə istifadə etmək və çantada rahat gəzdirmək olar. Parlaq 11 düymlük ekran, 1920 x 1200 piksel təsvir ölçüsü və yüksək detallar rahat oxumaq, videolara baxmaq və tətbiqlərlə işləmək imkanı verir.
    Kamera
         HUAWEI MatePad SE 11” mühüm anları çəkməyə və videozənglər vasitəsilə yaxınlarınızla əlaqə saxlamağa imkan verən iki kamera ilə təchiz edilmişdir. 8 MP əsas kamera keyfiyyətli şəkil və videolar təqdim edir ki, bu da planşeti gündəlik anları çəkmək üçün əlverişli edir. 5 MP ön kamera istənilən işıqlandırmada keyfiyyətli görüntü təqdim edir. Video zənglər və selfi çəkmək üçün ən uyğun seçimdir.
    Performans və Proqram təminatı
         Planşet 4 və ya 8 GB operativ yaddaşa malik modifikasiyalarda mövcuddur ki, bu da istifadəçinin ehtiyaclarından asılı olaraq ən uyğun variantı seçməyə imkan verir.
         HarmonyOS 2.0 əməliyyat sistemi intuitiv olaraq anlaşıqlı interfeys və çoxpəncərəli rejim və ağıllı köməkçi kimi bir çox faydalı funksiyaları təmin edir.
    Əyləncə və yaradıcılıq
         HUAWEI MatePad SE 11" təkcə funksional alət deyil, həm də əyləncə üçün mükəmməl yoldaşdır. Histen 9.0 texnologiyasını dəstəkləyən yüksək keyfiyyətli stereo dinamiklər həcmli və zəngin səs yaradır. Həmçinin, HUAWEI M-Pencil stilus (əlavə olaraq ala bilərsiniz) dəstəyi sayəsində, planşet rəsm, qeyd aparılması və sənədlərin redaktəsi kimi yaradıcı işlər üçün əlverişli platformaya çevrilir.
    Batareya və müstəqil iş rejimi
         HUAWEI MatePad SE 11" 7700 mAh həcmli batareyası yenidən doldurulmadan uzunmüddətli batareya ömrünü təmin edərək, bütün gün sevdiyiniz əyləncələrdən zövq almağa imkan verir. Planşet 21 gündən çox gözləmə rejimində işləyə bilər və 1080p HD videoları 10 saat ərzində canlandıra bilər.
         22,5 Vt sürətli şarj funksiyası batareyanın səviyyəsini tez bir zamanda bərpa etməyə imkan verir. Planşet cəmi 140 dəqiqə ərzində 0%-dən 100%-ə qədər doldurula bilir ki, bu da vaxtı və hərəkətliliyi qiymətləndirənlər üçün ideal seçimdir.
    HUAWEI MatePad SE 11" kimlər üçün uyğundur?
    • Tələbələr və məktəblilər: Dərs almaq və ev tapşırıqlarını yerinə yetirmək üçün ideal seçimdir.
    • Peşəkarlar: Sənədlər, təqdimatlar və elektron poçt ilə işləmək üçün rahat alətdir.
    • Əyləncə həvəskarları: Filmlərə, seriallara və oyunlara baxmaq üçün əla seçimdir.
    • Yaradıcı İnsanlar: Rəsm çəkmək, qeydlər aparmaq və ideyalarınızı həyata keçirmək üçün alətdir.
    Yekun
         HUAWEI MatePad SE 11" dəbli dizaynı, yüksək performansı və sərfəli qiyməti özündə birləşdirən universal planşetdir. Gündəlik olaraq etibarlı və funksional köməkçi axtaranlar üçün əla seçim olacaqdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Huawei Mate 70 smartfonlarının ilk real fotoları ortaya çıxıblar
    huawei-mate-70-smartfonlarinin-ilk-real-fotolari-ortaya-cixiblar
    Xiaomi, Honor və Huawei ilin sonuna kimi Tandem OLED ekrana sahib planşetlərini təqdim edəcəklər
    xiaomi-honor-ve-huawei-ilin-sonuna-kimi-tandem-oled-ekrana-sahib-plansetlerini-teqdim-edecekler
    ABŞ hökuməti Huawei şirkətinə qarşı olan sanksiyaları aradan qaldıra bilər
    abs-hokumeti-huawei-sirketine-qarsi-olan-sanksiyalari-aradan-qaldira-bile
    Huawei şirkətinin 3 qat qatlana bilən smartfonunun yeni fotoları ortaya çıxıb
    huawei-sirketinin-3-qat-qatlana-bilen-smartfonunun-yeni-fotolari-ortaya-cixib
    Huawei öz yeni cihazlarını yaxın zamanda təqdim etməlidir
    huawei-oz-yeni-cihazlarini-yaxin-zamanda-teqdim-etmelidir