main-post-cover

    Huawei MatePad SE 11 planşeti təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    10.06.2024
    Emil Nəcəfov
         Huawei şirkəti qlobal bazarda yeni MatePad planşetini təqdim edib. Söhbət, MatePad SE 11-dən gedir. Bu planşet böyük ölçülü ekranı, stilus dəstəyi və yaxşı audio sistemi ilə seçilir. Beləliklə Huawei MatePad SE 11 planşeti Full HD+ keyfiyyətli 11 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir və o, sRGB rəng diapazonunun 100%-ni əhatə edir. Ekran üstəlik istifadəçi gözləri üçün zərərli göy işığın aşağı səviyyədə olması mövzusunda TÜV Rheinland sertifikatına sahibdir. Planşetin gövdəsi metal materialdan hazırlanıb. Buna baxmayaraq planşet olduqca nazik və yüngüldür. Belə ki, onun qalınlığı 6.9 mm, çəkisi isə 475 qramm təşkil edir.
         Huawei bu yeni planşetin hansı prosessor vasitəsilə çalışdığını açıqlamayıb. Lakin çox güman ki, planşet şirkətin son Kirin prosessorlarından birini əldə edib. Məlumatda qeyd edilib ki, Huawei MatePad SE 11 planşeti özündə 4/6/8 GB RAM ilə 64/128 GB daxili yaddaş həcmini birləşdirir. Kameralar mövzusunda planşet 8 MP-lik arxa kameranı və 5 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə o, 22.5 vatt gücündə sürətli şarj texnologiyalı 7700 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Planşet 4 ədəd səsgücləndiriciyə və M-Pen Lite stilusunun dəstəyinə sahibdir. Huawei MatePad SE 11 şirkətin HarmonyOS 2.0 əməliyyat sistemi vasitəsilə çalışır. Planşetin nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində bir məlumat verilməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    İdman və Gündəlik Tapşırıqlar Üçün Lazım olan Hər Şey: HUAWEI WATCH FIT 3
    idman-ve-gundelik-tapsiriqlar-ucun-lazim-olan-her-sey-huawei-watch-fit-3
    Huawei, yaşlı insanların sağlamlığına nəzarət edən ağıllı ev qurğusunu təqdim edib!
    huawei-yasli-insanlarin-saglamligina-nezaret-eden-agilli-ev-qurgusunu-teqdim-edib
    Huawei Mate 70 smartfon seriyası güclü süni zəka funksiyalarına sahib olacaq
    huawei-mate-70-smartfon-seriyasi-guclu-suni-zeka-funksiyalarina-sahib-olacaq
    Büdcəli Huawei Enjoy 70s smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-huawei-enjoy-70s-smartfonu-teqdim-edilib-qiymeti
    Büdcəli Huawei Enjoy 70S smartfonunun təqdimatı anons edilib
    budceli-huawei-enjoy-70s-smartfonunun-teqdimati-anons-edilib