Logo
    main-post-cover

    Huawei MateView SE (2024) monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    08.08.2024
    Emil
         Huawei şirkəti ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru Huawei MateView SE (2024) adlanır. Beləliklə bu yeni monitor 100 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 23.8 düym ölçülü IPS ekranla təchiz olunub. Ekran 16.7 milyon rəngi əks etdirə bilir və DCI-P3 rəng diapazonunun 90%-ni əhatə edir. Monitor istifadəçi gözləri üçün zərərli olan göy işığın işığa səviyyədə sahib olduğunu təsdiqləyən TÜV Rheinland sertifikatına sahibdir.
         İstifadəçi üstəlik öz gözlərini bu monitorda Reading Mode adlı rejimi aktivləşdirməklə də qoruya bilər. Monitor özündə HDMI DisplayPort girişlərini birləşdirir. Monitor iki versiyada satışa çıxıb. Birinci versiya adi dayaq hissəyə, ikinci versiya isə təkmilləşdirilmiş dayaq hissəyə sahibdir. Təkmilləşdirilmiş dayaq halında monitoru şaquli vəziyyətdə saxlamaq olar. Birinci versiya Çində 79$-a, ikinci versiya isə 93$-a satılır. Huawei MateView SE (2024)-ün digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Paylaş