Logo
    main-post-cover

    Huawei nova 11 Pro-nun fotoları ortaya çıxıb

    Cihazlar+
    10.04.2023
    Emil
        Huawei nova 11 smartfon seriyasının təqdimat tarixini artıq elan edib. Sözügedən smartfon seriyasının təqdimatı 17 aprel tarixində baş tutacaq. Bu seriyaya nova 11 modeli ilə yanaşı həmçinin nova 11 Pro da daxil olacaq. İndi isə internetdə nova 11 Pro-nun fotoları ortaya çıxıb. Adi nova 11 modelinin yastı ekrana sahib olacağı bir vaxtda nova 11 Pro-nun ekran kənarları bir əyilmiş dizaynda reallaşdırılacaq. Fotolardan birində görmək olar ki, smartfon ekranının yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək.
    Paylaş
    Bənzər xəbərlər