Huawei nova 11 SE-nin fotoları və texniki göstəriciləri ortaya çıxıblar
Cihazlar+
24.10.2023
Emil Nəcəfov
Huawei aprel ayında nova 11 smartfon seriyasını təqdim etmişdi. Bu seriyaya nova 11, nova 11 Pro və nova 11 Ultra smartfonları daxildirlər. Lakin şirkət sözügedən smartfon seriyasının yeni modelini təqdim etməyə hazırlaşır. Söhbət, nova 11 SE-dən gedir. Bu yeni smartfonun fotoları və texniki göstəriciləri ortaya çıxıblar. Beləliklə ortaya çıxmış fotolara əsasən nova 11 SE smartfonu bazara 3 gövdfə rəngində satışa çıxacaq. Qara, ağ və yaşıl.
Texniki göstəricilər məsələsinə gəldikdə isə ortaya çıxmış məlumatlarda qeyd edilib ki, nova 11 SE smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.67 düym OLED ekran, 108 MP + 8 MP + 2 MP üçlü arxa kamera və 66 vatt gücündə sürətli şarj texnologiyalı 4400 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon HarmonyOS 4.0 əməliyyat sistemi vasitəsilə çalışacaq. Nova 11 SE-nin təqdimatı yaxın zamanda baş tutmalıdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Gələn ildən başlayaraq Huawei smartfonları yalnız Kirin prosessoru ilə təchiz olunacaqlar
Gələn ildən başlayaraq Huawei smartfonları yalnız Kirin prosessoru ilə təchiz olunacaqlar
MyDrivers saytının verdiyi məlumata əsasən Huawei şirkəti çoxlu sayda yeni məhsulun təqdimatı səbəbilə öz anbarlarındakı mövcud məhsulların ehtiyatlarını aradan qaldırmaq prosesindədir.
Huawei ucuz qiymətə satılacaq yeni qatlana bilən qapaqlı smartfon üzərində çalışır
Huawei ucuz qiymətə satılacaq yeni qatlana bilən qapaqlı smartfon üzərində çalışır
1 il bundan öncə Huawei şirkəti Çində Pocket S adlı qatlana bilən qapaqlı smartfonunu təqdim etmişdi.
Huawei Mate 60 Pro-nun uğurlu olması Çin şirkətlərinin dəyərlərinin yüksəlməsinə səbəb olub
Huawei Mate 60 Pro-nun uğurlu olması Çin şirkətlərinin dəyərlərinin yüksəlməsinə səbəb olub
Görünür, Huawei Mate 60 Pro smartfonunun satışa çıxması düşünüldüyündən daha əlamətdar hadisə imiş.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!