main-post-cover

    Huawei nova 11 SE smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    31.10.2023
    Emil Nəcəfov
         Bir neçə həftə ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Huawei şirkəti nova 11 smartfon seriyasının yeni modeli olan nova 11 SE-ni təqdim edib. Sözügedən yeni smartfon balanslaşdırılmış texniki göstəriciləri, təkmilləşdirilmiş əsas arxa kameranı və sürətli şarj texnologiyasının dəstəyini əldə edib. Beləliklə Huawei nova 11 SE smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym OLED ekranla təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
         Nova 11 SE özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 680 prosessoru, 8 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 108 MP + 8 MP + 2 MP üçlü arxa kamera, 32 MP-lik ön kamera və 66 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Nova 11 SE HarmonyOS 4 əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon Çin bazarında 10 noyabr tarixində satışa çıxacaq. 256 GB yaddaşa sahib model 275$-a, 512 GB yaddaşa sahib model isə 300$-a satılacaq. Nova 11 SE-nin qlobal bazarda satılıb-satılmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Təqdimatdan bir gün qabaq Huawei nova 11 SE-nin real fotoları təqdim edilib
    teqdimatdan-bir-gun-qabaq-huawei-nova-11-se-nin-real-fotolari-teqdim-edilib
    Huawei üçün Kirin 9000s prosessorunun hansı üsul ilə hazırlandığı açıqlanıb
    huawei-ucun-kirin-9000s-prosessorunun-hansi-usul-ile-hazirlandigi-aciqlanib
    Huawei nova 11 SE smartfonunun təqdimatı anons edilib
    huawei-nova-11-se-smartfonunun-teqdimati-anons-edilib
    Huawei nova 11 SE-nin fotoları və texniki göstəriciləri ortaya çıxıblar
    huawei-nova-11-se-nin-fotolari-ve-texniki-gostericileri-ortaya-cixiblar
    Gələn ildən başlayaraq Huawei smartfonları yalnız Kirin prosessoru ilə təchiz olunacaqlar
    gelen-ilden-baslayaraq-huawei-smartfonlari-yalniz-kirin-prosessoru-ile-techiz-olunacaqlar